Icma.az bildirir, Bakupost portalına istinadən. Əvvəldə qeyd edim ki, şillələr təsnifatına görə bir neçə cür olur.
Var “valideyin şilləsi”, “müəllim şilləsi”, “həyatın şilləsi” və s. Bəzənsə valideyin həm də müəllim olanda bu şillələr birləşir.
Gedirsən məktəbə, müəllim şilləsi yeyirsən, gəlirsən evə, eyni şilləni bu dəfə valideyin şilləsi olaraq qəbul etməli olursan.
Bunlardan, çox güman ki, ən çox acı çəkdirən “həyat şilləsi” olar.Onu da qeyd edək ki, şillə fərqli təyinatlarla, fərqli formada vurula bilər.
Çətin başa düşən adamı başa salmaq üçün, ürəyi getmiş birini həyata qaytarmaq üçün, tərbiyələndirmək üçün zaman-zaman şillədən istifadə olunur.
Di gəl, bütün dünyanın bu son gördüyü və müzakirə etdiyi şillə həm yuxarıda dediyimiz növlərə aid edilə bilər, həm də özlüyündə yeni növ şillədir - ÖVRƏT ŞİLLƏSİ!
Bəli-bəli, söhbət Avropanın ən böyük dövlətlərindən birinin prezidenti Makronun övrətinin öz ərinə “aparıb-gətirib” tutuzdurduğu şillədən gedir.
Hadisənin təyyarədən tam enərkən baş verməsi ona dəlalət edir ki, xalaya göy-yer, öz ölkəsi, başqa ölkə fərqi yoxdur, vaxtı gəldisə, şilləni tutuzdurmalıdır.