Arvad uşağını öldürən həkim həbsxanada özünü asdı

03.12.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə həkim həbsxanada intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Əlazığ rayonunda yerləşən cəzaçəkmə müəssisəsində baş verib.

Burada saxlanılan 32 yaşlı doktor Sərdar Kıyak zibil kisəsi vasitəsilə havalandırma pəncərəsinin dəmir barmaqlıqlarından özünü asıb. Həkimlər müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, Sərdar Kıyak bu ilin sentyabr ayında arvadı 34 yaşlı Gülşah Karaman Kıyak və 1 yaşlı oğlu Payrazın ölümündə təqsirli bilinərək həbs olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью