Arvadı Devid Bekhemin tənbəlliyindən danışdı

03.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniyalı məşhur modelyer, dizayner Viktoriya Bekhem qatıldığı proqramda idman vərdişləri və məşq rejimi barədə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, 52 yaşlı modelyer maraqlı açıqlamalar verib. Həyat yoldaşı və keçmiş peşəkar futbolçu Devid Bekhemlə eyni idman zalına gedən Viktoriya məşqçilərinin göstərişlərinə ciddi şəkildə əməl etdiyini bildirib. 

O, 51 yaşlı həyat yoldaşının isə idmana o qədər də ciddi yanaşmadığını deyib: “Amma ərim çox tənbəllik edir. İdman zalına gəlir, lakin hamı ilə söhbət etməklə vaxt keçirir. Mən ondan 45 dəqiqə əvvəl məşqə başlayıram. O isə idmanı yarımçıq, yəni çox da ciddi şəkildə etmir”. Viktoriya Bekhem günə 30 dəqiqə pilləkən trenajorunda məşq etməklə başlayır. Daha sonra şəxsi məşqçisi ilə bir saat ərzində ağırlıq və müqavimət məşqləri həyata keçirir. 

Əfsanə 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью