Arvadı ilə şam yeməyindən sonra kişinin meyiti tapıldı

02.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın qərbində bıçaq xəsarəti olan kişi meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə Rublevskoye şossesində yerləşən mənzillərdən birində baş verib. Orada əməliyyat qrupu əməkdaşları 35 yaşlı kişi meyitini aşkar ediblər. İlkin məlumata görə, həyat yoldaşı onu bıçaqla vurub. Meyitin olduğu yerdə bir şüşə şərab və sınıq boşqablar tapılıb.

Hadisənin necə baş verdiyi müəyyənləşdirilir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью