Arvadı intihar deyirdi: Ərini özü öldürübmüş

24.08.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

Turkustan.az-ın Qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью