Arvadı Trampın ikinci prezidentlik müddətində Ağ Evdə bir gecə belə keçirməyib

01.09.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, birinci xanım Melaniya Trampın həyat yoldaşının ikinci prezidentlik müddətində Ağ Evdə bir gecə belə keçirmədiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidentinin bioqrafı Maykl Vulf yazıb.
Vulfun sözlərinə görə, 56 yaşlı Melaniya Tramp Donald Trampın hakimiyyətə qayıtmasından sonra, təxminən 600 gün ərzində, demək olar ki, tamamilə müstəqil həyat sürür və Ağ Evdən uzaqda yaşayır.
Bioqraf bildirib ki, seçki kampaniyasının sonlarına doğru Trampın köməkçiləri Melaniyanın prezidentin yanında nadir hallarda görünməsi ilə bağlı suallara cavab vermək üçün yeni ifadələr axtarıblar. Onlardan biri birinci xanımın daha çox “yarımştat birinci xanım” olacağını deyib.
Vulfun iddiasına görə, Melaniya hazırda əsasən Nyu-Yorkda yaşayır və “Melania” brendi adı altında öz biznesi ilə məşğuldur. Onun sözlərinə görə, Melaniyanın şirkəti ötən il 17 milyon dollar xalis mənfəət əldə edib.
Vulf Melaniya ilə Donald Tramp arasındakı münasibəti “Tramp üslubunda xüsusi bir görüntü yaratma forması” kimi xarakterizə edib. Onun fikrincə, tərəflər ailə münasibətlərini nümayiş etdirmək üçün o qədər az səy göstərirlər ki, ətrafdakı hər kəs bunun sadəcə görüntü olduğunu anlayır.
Bioqrafın sözlərinə görə, Donald Tramp da həyat yoldaşı ilə münasibətlərində ailə harmoniyasını nümayiş etdirməyə xüsusi cəhd göstərmir. O qeyd edib ki, aprel ayında Melaniyanın doğum günündə Tramp “Truth Social” hesabında çoxsaylı paylaşımlar etsə də, onların heç birində həyat yoldaşını təbrik etməyib. Melaniya isə iyun ayında Trampın 80 yaşı tamam olanda eyni şəkildə ona ictimai təbrik ünvanlamayıb.
Bununla belə, cütlük zaman-zaman rəsmi tədbirlərdə birlikdə görünür. Belə ki, 23 avqust 2026-cı ildə Donald və Melaniya Tramp Vaşinqton küçələrində keçirilən “Freedom 250 Grand Prix” yarışından əvvəl dövlət himninin səsləndirilməsi mərasimində iştirak ediblər.
Vulf hesab edir ki, Melaniya Tramp birinci xanım üçün əvvəlki prezident xanımlarından fərqli model yaradıb: Ağ Evdə yaşamamaq, prezidentdən müəyyən məsafə saxlamaq və eyni zamanda birinci xanım statusu ilə əlaqəli brenddən gəlir əldə etmək.
Qeyd edək ki, Maykl Vulf Donald Trampın Ağ Evdəki ilk prezidentlik dövrü haqqında yazdığı “Fire and Fury: Inside the Trump White House” kitabı ilə tanınır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью