Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli müğənni Alişanın son açıqlaması diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, ifaçı jurnalistlərin ailəsi ilə bağlı verdiyi sualları cavablandırıb.
Alişan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ona verdiyi məsləhətdən söz açıb.
“Prezidentimiz nikahımızda şahidimiz idi. O, 4 uşaq tövsiyə etmişdi. Hazırda bir qız və bir oğlanla çox xoşbəxtik. Həyat yoldaşım Buse (Varol) üçüncü övlad dünyaya gətirmək üçün təzyiq edir. Hətta keçən bayramda prezidentimizlə telefonla təbrikləşən zaman Buse məndən şikayət etdi. “Sənə dörd uşaq sözü vermişdi, ancaq iki uşaqda qaldıq”, demişdi. Qismətdə nədirsə, o olsun”, – müğənni bildirib.
Leyla Əlisoy
Globalinfo.az