Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü Xeyli yaralı var FOTO

07.06.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

Hadisə şəhərin dəmiryolu stansiyasının yaxınlığında baş verib. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralananlar arasında sürücünün həyat yoldaşı və 5 yaşlı qızı da olub. Hadisədən dərhal sonra sürücü polis tərəfindən saxlanılıb.

İlkin araşdırmalara görə, hadisənin səbəbi ailədaxili münaqişə ilə bağlı ola bilər. Məlumata əsasən, sürücünün valideynlik hüququ ilə əlaqədar məhkəmə prosesi gedirmiş.

Polis hadisə yerində araşdırma aparır. Hadisənin qəsdən törədilib-törədilmədiyi dəqiqləşdirilir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью