Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Dünyanı şoka salan fransız qadın Jizel Pelikoya təcavüzlə bağlı bir neçə aydır davam edə
Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Avinyon şəhərində baş tutan məhkəmədə 72 yaşlı qadına 10 il ərzində narkotik maddənin təsiri altında təcavüz edən keçmiş həyat yoldaşı Dominik Peliko 20 il azadlıqdan məhrum olunub.
Dominiklə yanaşı, onun dəvəti ilə Jizel Pelikoya təcavüz və qadına qarşı cinsi zorakılıqlar törədən daha 50 nəfərə də hökm oxunub.
Məhkəmə prosesini ictimailəşdirdiyinə görə peşman olmadığını xüsusi olaraq vurğulayan Jizel, bu məsələdə onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Xatırladaq ki, Jizel Peliko 2011-2020-ci illər aralığında narkotik maddə və dərmanların təsirilə 72 nəfər tərəfindən təcavüzə məruz qalıb.
Həyat yoldaşı Dominik Peliko bu illər ərzində kişilərin huşsuz vəziyyətdə olan arvadını necə zorladığını lentə alıb.
Qandonduran işin üzə çıxması isə 2020-ci ilin sentyabr ayına təsadüf edib.