Arvadına təyyarə bağışladı

15.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

"Bavariya"nın futbolçusu Tomas Müller xanımına qeyri-adi hədiyyə edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alman hücumçu həyat yoldaşına 2,4 milyon avroya şəxsi təyyarə alıb.

Pilatus PC-12/45 model təyyarəsi 2004-cü ildə yığılıb və 8 sərnişin üçün nəzərdə tutulub.

Liza Müller hazırda təyyarə və helikopter pilotu lisenziyasını alır. 

Onun əri bu mövsüm Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью