Arvadından boşanan basketbolçu oteldə özünü öldürdü

17.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Latviyalı basketbolçu Yanis Timma Moskvada intihar edib.

Lent.az xəbər verir ki, 32 yaşlı idmançının meyiti Rusiyanın paytaxtında otellərdən birində tapılıb.

Dekabrın 9-da Yanis Rusiyada yaşayan ukraynalı müğənni Anna Sedokovadan rəsmi şəkildə boşanıb.

Cütlük 2019-cu ilin yayından münasibətdə olub və sonra evləniblər. Cütlüyün övladları olmayıb.

Qeyd edək ki, Annanın ilk əri Kiyev “Dinamo”sunun futbolçusu Valentin Belkeviç olub. Onlar 2004-cü ilin iyunundan 2006-cı ilin yanvarına kimi evli olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью