Arvadından pul almaq üçün özünü oğurlatdı

18.09.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını səhnələşdirməkdə şübhəli bilinən kişini saxlayıb.

Bu barədə Noticias24 məlumat yayıb.

Portalın məlumatına görə, argentinalı qadın polisə müraciət edərək ərinin messencer vasitəsilə ona şübhəli mesajlar göndərdiyini bildirib. Mesajlarda kişinin oğurlandığı və azadlığa buraxılması üçün pul tələb olunduğu yazılıb.

Bundan sonra hüquq-mühafizə orqanları qadının ərinə məxsus avtomobili supermarketlərdən birinin yaxınlığında aşkar ediblər. Bir müddət sonra isə itkin düşdüyü bildirilən kişinin özünü də tapıblar.

“İfadəsi zamanı kişi öz oğurlanması barədə hekayəni uydurduğunu etiraf edib. Onun bunu, ehtimal ki, borcunu ödəmək üçün etdiyi bildirilir. Lakin bu detal hələlik təsdiqlənməyib”, – nəşrin məlumatında qeyd olunub.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью