Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. Çin sakini təzminat almaq üçün arvadını külli miqdarda sığortalayıb və daha sonra onu
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2021-ci ildə baş verib.
Belə ki, həmin ildə 47 yaşlı Li həyat yoldaşı ilə birlikdə bərə səfərinə çıxıb. Gəzinti zaman kişi arvadını dənizə itələyib və qadın ölüb.
Polis qadının meyitini aşkar etdikdən sonra tibbi ekspertizaya göndərib. Məlum olub ki, qadın dənizə kimsə tərəfindən itələnib.
Polis ilkin olaraq onun ərindən şübhələnib və onu saxlayıb. Li polisin iddialarını təkzib edib.
Kişi yoldaşını meyitini aldıqdan sonra onun adına olan təzminatı tələb edib. Onun bu addımı polisi daha da şübhələndirib.
Çox keçmədən gerçək ortaya çıxıb. 47 yaşlı Li qadınla iki ay öncə tanış olub. Dul qadınla evlənən Li onun həyatını sığortaladıb.
Bildirilir ki, qadının başına bədbəxt hadisə gələcəyi təqdirdə kompensasiya onun ərinə yəni Liyə veriləcək. Li də bu arzusunu reallaşdırıb.