Arvadını bıçaqlayıb, yanındakı kişini öldürdü

09.12.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə Aykut E. adlı kişi həyat yoldaşı Mavuş E.-nin Hayrullah Karadeniz adlı kişi ilə mağazada oturduğunu görüb və içəri keçib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Aykut E. bıçağı çıxararaq əvvəlcə Hayrullah Karadenizin boğazını kəsib, daha sonra həyat yoldaşına 5 bıçaq zərbəsi vuraraq qaçıb.

Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Yoxlama zamanı Hayrullah Karadenizin öldüyü müəyyən edilib.

Ağır yaralanan Mavuş E. xəstəxanaya çatdırılaraq müalicə alıb. 

Onu da qeyd edək ki, Aykut E. nəzarətə götürülüb.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью