Arvadını doğrayaraq itlərə yedizdirdi

09.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda 25 yaşlı Riya Talukdar Qosvaminin qatili müəyyən edilib. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar onun əri Ramanujan Qosvami olub.

Qadının qalıqları qonşuların mənzildən gələn cəsəd qoxusundan şikayət etməsindən sonra aşkar edilib. Polis qapını sındıraraq içəridə qan izləri, səpələnmiş əşyalar, spirtli içki şüşələri və soyuq silah tapıb. Həmçinin Riyanın başı və kəsilmiş barmaqları olan soyuducu da aşkar edilib.

Məlum olub ki, Riya əri tərəfindən parçalanıb. O, arvadını xəyanətdə şübhəli bilib, onu öldürüb və bədən hissələrini itlərə yedizdirib. Deyilənə görə, Ramanujan həmin vaxt narkotik vasitənin təsiri altında olub. Qısa müddət sonra kişinin özü polis bölməsinə gedib və günahını etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью