Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astara rayonunda 35 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Mənsur birgə yaşadıqları evdə arvadı Esmira (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mənsur ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadının sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə qəsdən şillə və yumruq zərbələri vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Mənsurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Astara Rayon Məhkəməsində ifadə verən Mənsur törətdiyi əməli etiraf edib. O, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirib.
Məhkəmənin hökmü ilə onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Mənsur birgə yaşadıqları evdə arvadı Esmira (adlar şərtidir – red.) ilə mübahisə edib.