Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı

14.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasında ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, mayın 10-u Goranboy rayon Veyisli qəsəbə sakini S.Hüseynova həyat yoldaşı, Kəlbəcər rayon sakini 33 yaşlı Habil Həsənov tərəfindən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

H. Həsənov daha sonra arvadının ardınca xəstəxanaya gedərək onunla yenidən münaqişə yaratmağa başlayıb. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Barəsində inzibati protokol tərtib edilən H.Həsənov məhkəmənin qərarı ilə 200 manat cərimə edilib.

Qadının döyülməsi faktı ilə əlaqədar araşdırmalar isə davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью