Arvadını küçənin ortasında öldürüb FOTO

12.11.2024

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaziantepdə bir şəxs boşanmaqda olan arvadını küçənin ortasında tapança ilə öldürərək intihar edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, boşanma mərhələsində olan Kahraman Bal (26) ilə həyat yoldaşı Elif Bal (25) arasında  mübahisə yaranıb.

Mübahisə davaya çevrildikdən sonra Kahraman Bal üzərində olduğu silahla həyat yoldaşı Elifi vurub. Daha sonra şübhəli şəxs eyni silahla intihar edib.

Hadisə yerinə gələn polis və 112 Təcili Xidmət qrupları ər və arvadın öldüyünü müəyyən ediblər.

Cütlüyün meyiti ekspertizadan sonra yaxınlarına təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью