Arvadını namaz üstündə öldürən kişi Gürcüstanda SAXLANILDI

11.02.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki,  fevralın 8-də Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью