Arvadını öldürdü, meyiti parçalayıb zibilliyə atdı

12.02.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Qazaxıstanın Almatı şəhərində 2025-ci il fevralın 11-də “Green Recycle” tullantı emalı zavodunun ərazisində zibilləri çeşidləyən zaman qadının parçalanmış meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ölən şəxsin 36 yaşı olub. İstintaq müəyyən edib ki, hadisə fevralın 9-da mikrorayonda baş verib. Kirayədə yaşadıqları evdə spirtli içki qəbul edərkən qadınla yoldaşı arasında mübahisə yaranıb. Nəticədə kişi qadına bir neçə bıçaq zərbəsi vurub, sonra isə meyiti hissələrə ayıraraq zibil qabına atıb.

Faktla bağlı cinayət işi açılıb.

“Şübhəli şəxs saxlanılaraq müvəqqəti saxlama təcridxanasına aparılıb, ilkin məlumatlara görə, həmin şəxs şərikini birlikdə spirtli içki qəbul edərkən mübahisə zəminində qətlə yetirib”, - deyə şəhər Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью