Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Sumqayıtda arvadını öldürən kişi ilə bağlı yeni faktlar məlum olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, bu, arvadını öldürən Ağababa Babışovun ilk cinayəti deyilmiş.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə məhkum olunub.
Hətta müəyyən edilib ki, A.Babışov həyat yoldaşını öldürməzdən bir müddət əvvəl bir nəfərin qulağını kəsib.
Buna görə ona Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham irəli sürülüb.
Həmin cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəkili tərəfindən Ağababa Babışovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməyib.
Onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.