Arvadını və yeddi yaşlı oğlunu evdə kilidləyərək qazla zəhərləməyə çalışdı

18.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ailə üzvlərini zəhərləməyə cəhd edən şəxs saxlanılıb.


Bakupost.az Xarici KİV-ə istinadən xəbər verir ki, Pavlovski Posad yaxınlığındakı Qribanovo kəndində baş verib.

Qadının sözlərinə görə, əri onları evdə bağlayıb və otağa naməlum qaz buraxıb. Zənglə hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları yeddi yaşlı uşağı və onun 29 yaşlı anasını qazla zəhərlənmədən xilas ediblər .

Zəhərləməyə cəhd göstərən şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. 53 yaşlı şübhəli günahını etiraf etməyib və həyat yoldaşının ona böhtan atdığını bildirib.

Lalə Novruz, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью