Arvadının onu döydüyünü deyərək polisə müraciət etdi

16.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirilib.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Sabirabad şəhər sakini 1988-ci il təvəllüdlü M.Musayev dünən saat 21 radələrində DİN-in “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью