Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biləsuvarda kişi qadının şantajına görə intihara cəhd edib
Bakupost.az xəbər verir ki, Biləsuvar rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadının şantajına görə özünü yandırmağa cəhd edib.
Hadisə mayın 28-də gecə saatlarında baş verib. Məlumata görə, rayon sakini, 2017-ci ildən qeyri-rəsmi nikah münasibətində olan Elvin Mirişov qadının ona qarşı səsləndirdiyi ittiham və təzyiqlərə dözməyərək üzərinə yandırıcı maye tökərək intihara cəhd edib.
Ətrafda olan şəxslər hadisəyə müdaxilə edərək yanğının qarşısını alıblar və o, xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, onların bir övladı var.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Azər
Baku Post