Arveladzenin ikinci Kasımpaşa dönəmi qısa çəkdi | Icma.az
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. Türkiyə futbolundan istefa xəbərləri gəlməkdə davam edir.
Şota Arveladzenin ''Kasımpaşa'' macərası başa çatıb. "Football-plus.az" xəbər verir ki, son turda evdə ''İstanbul BŞ''yə 1:3 məğlub olan ''K
Bu, 52 yaşlı Arveladzenin İstanbul klubundakı ikinci dönəmi idi.
O daha öncə məşqçi karyerasının əvvəllərində - 2012-15-ci illərdə bu klubda çalışmışdı.
''Kasımpaşa'' bu mövsüm ''Beşiktaş'' və ''Fənərbaxça''dan xal almağı bacarsa da, ümumilikdə zəif təsir bağışlayır.
14 tura cəmi 3 qələbəsi olan bu kollektiv 14-cü pillədə qərarlaşıb.
Üstəlik ''Kasımpaşa'' kubokda da həvəskar komandaya uduzaraq mübarizəni dayandırıb.
Türkiyə mətbuatının yazdığına inansaq, vaxt itirmək istəməyən rəhbərlik dərhal Əmrə Belözoğluya təklif irəli sürüb.
Tam oxu
Xəbəri oxu