Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Türkmənistanın Arxadağ şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul edilən SPECA proqramının "Ağıllı Şəhərlər" İqlim Forumunun yaradılmasına dair niyyət bəyannaməsinə qoşulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Hesab olunur ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. Bu platforma SPECA ölkələrinin müvafiq şəhərlərinin bu təşəbbüsə qoşulmaqla iqlim sahəsində həllərin işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edəcək.