Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yuxu zamanı bədən vəziyyəti bəzi insanlarda sağlamlıqla bağlı narahatlıqlara təsir göstərə bilər. Xüsusilə müəyyən problemləri olan şəxslərə arxası üstə yatmaq əvəzinə yan üstə yatmaq tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, kardioloq Aurelio Rojas aif.ru-ya açıqlamasında bəzi insanların arxası üstə yatmaqdan çəkinməli olduğunu bildirib.
Həkim ilk növbədə obstruktiv yuxu apnesi sindromu olan şəxslərə diqqət çəkib. Onun sözlərinə görə, yan üstə yatmaq gecə ərzində nəfəsalma çətinliyi ilə bağlı epizodların sayını azalda bilər. Lakin mütəxəssis bunun tibbi müalicəni əvəz etmədiyini vurğulayıb.
Rojas həmçinin qastroezofageal reflüksdən əziyyət çəkən insanlara yan üstə yatmağı tövsiyə edib. Bu vəziyyət gecə saatlarında mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə bağlı narahatlığı azaltmağa kömək edə bilər.
Həkim hamiləlik dövründə də yan üstə yatmağın faydalı ola biləcəyini qeyd edib. Xüsusilə qarın böyüdükcə bu vəziyyət daha rahat hesab olunur. Bununla belə, boyun və ya onurğa ilə bağlı problemi olan qadınların özlərini ən rahat hiss etdikləri vəziyyəti seçmələrinin daha vacib olduğu bildirilib.
Aytəkin TOFİQQIZI