Arxeoloqlar 5 min yaşı olan məzar tapdılar

08.09.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Rusiyalı arxeoloqlar Daş dövrünə aid məzar tapıblar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  tapıntı Yakutiyanın Oy-Muran adlanan ərazisində gerçəkləşib.

Yerli sakinlərdən biri təsadüfən insanın kəllə sümüyünü aşkarlayıb və tanış arxeoloqa bununla bağlı müraciət edib. Əraziyə gələn mütəxəssislər kişi və uşağın sümükləri, həmşinin, kaman aşkar ediblər. Bir qədər aralıda isə qadına aid olan daha skelet aşkarlanıb. Sümüklər DNT analizinə göndərilib, qazıntı işləri davam etdirilir.

Qeyd edək ki, arxeoloqların fikrincə, skeletlər 5,5 min il əvvəl Daş dövründə yaşayan insanlara məxsusdur.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью