Arxeoloqların cavabsız qalan tapmacası

15.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Macarıstanın qərbindəki orta əsrlərə aid Esseqvar qəsrinin qalıqlarında arxeoloji qazıntılar zamanı daşla örtülmüş qeyri-adi şaxta aşkar edilib. Heritage Daily nəşrinin verdiyi məlumata görə, divarlardakı və dibdəki qurum izləri qurğunun vaxtilə güclü istiliyə məruz qaldığını göstərir.

Tədqiqatçılar şaxtanın metal emalı və ya sənaye məqsədilə istifadə olunduğunu ehtimal etsələr də, ərazidə metal qalıqlarının və ya ərintilərin tapılmaması bu fərziyyəni sual altında qoyur. Konstruksiya orta əsr kərpic və ya kirəcləmə sobakarına da bənzəmir. Müəyyən edilən yeganə dəqiq fakt odur ki, bu qurğu qəsr divarları tikilməzdən əvvəl mövcud olub.

Ərazidən həmçinin III Bela və II Andraşın hakimiyyəti dövrünə (1148–1235) aid sikkələr, XV əsrə aid bəzəkli qotik qapı detalları, gümüş bəzəklər və xarici şüşə qədəhlərin qalıqları tapılıb. Şaxtanın dəqiq təyinatı növbəti tədqiqatlardan sonra bəlli olacaq.

Hazırladı:
Arzu ƏLİYEVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью