Arxiv sənədlərinə əsaslanan roman: Daşnakların törətdiyi cinayətlər bir kitabda | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Baku TV-nin "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı Asif Muradzadə olub.
O, ata-baba yurdu Qarakilsə rayonundan, qayğısız uşaqlıq illərini yaşadığı Ağdü və Şəki kəndlərindən, valideynlərinin ötən əsrin ikinci yarısında Qərbi Azərbaycanı tərk etmə səbəbindən söhbət açıb.
Arxiv sənədlərinə əsaslanan roman: Daşnakların törətdiyi cinayətlər bir kitabda Müsahib bildirib ki, atası Sevindik Murad oğlu İmanov Qarakilsə rayonunun Ağdü kəndində, anası Səmayə Aslan qızı İmanova isə Şəki kəndində anadan olub və orada ilk və orta təhsillərini alıblar.
Ali təhsil aldıqları müddətdə Naxçıvanda tanış olub, ailə həyatı qurublar. Sonralar Ağdü kənd orta məktəbində müəllim işləyiblər.
Lakin ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkilik və təqib siyasəti vaxtilə müsahibimizin babası Aslan kişini tarixi yurdundan didərgin saldığı kimi, valideynlərini də Ağdünü tərk etməyə məcbur edib.
Gənc ailə Azərbaycanın Yevlax rayonuna pənah gətirib. A.Muradzadə qeyd edib ki, yay aylarında valideynləri ilə birlikdə Ağdü və Şəki kəndlər
Tam oxu
Xəbəri oxu