Arzu edirəm, axırıncı dəfədir sənsiz tort kəsirik Video

21.04.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Övladları hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım ediblər.

Axşam.az xəbər verir ki, oğlu Yusif və qızı Bətül meyxanaçını ad günü münasibətilə təbrik edib.

"Bu gün atamın ad günüdür. Səni təbrik edirəm, 100 yaşa. İnşallah, axırıncı dəfədir ki, sənsiz tort kəsirik" deyə, R.Dağlının oğlu söyləyib.

Videoda meyxanaçı Orxan Lökbatanlı və onun oğlu Hüseyn də yer alıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью