Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən uşaqlar üçün Bakı Media Mərkəzinə infotur təşkil edilib.Bu barədə AUİB-in mətbuat katibi Rüfət Zəkizadə Missiya.Az-a bildirib.İnfotur çərçivəndə uşaqlar Bakı Media Mərkəzinin fəaliyyəti ilə tanış olub, kiçik səhnələr canlandıraraq qısa metrajlı kino süjeti çəkiblər.
Zərintac Mayisqızı Missiya.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.