Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əməkdar artist Arzu Əliyeva formada qalma sirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında qidalanması və sağlam həyat tərzi ilə bağlı danışıb:
“Formama diqqət edirəm. Arada olur ki, çəki alıram. Ötən qış rahat yedim, nə istədim. Ağır qidaları özümdən uzaq tuturdum. Amma ötən il dedim ki, bir az özümü rahat buraxıram. Çəkimi idarə etməyi bilirəm. Əsas odur ki, sağlam olasan. İnsan var, fit görünür, amma ayaq üstə durmağa halı yoxdur.
Meditasiyalar edirəm. Nəfəs məşqləri önəmlidir. Bunları buraxmamağa çalışıram. Əvvəl daha çox gəzirdim, indi bir az azaltmışam”.