Arzu Erdem: COP29un Bakıda keçirilməsi Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik r…
Icma.az, Azertag portalına istinadən məlumat yayır. İstanbul, 14 noyabr, Günel Karatepe, AZƏRTAC Bakı qədim tarixi və mədəni zənginliyi ilə
Bu il COP29-un məhz Bakıda keçirilməsi isə Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir.
Bu tədbir, eyni zamanda, Azərbaycanın ətraf mühitin mühafizəsi və yaşıl enerji sahələrində atdığı nəhəng addımların dünyaya təqdim olunması üçün mükəmməl platformadır.
Xüsusilə İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycanın davamlı inkişafı və ətraf mühitin qorunması sahəsində böyük irəliləyiş əldə etdiyi aydın şəkildə görünür.
Azərbaycan təkcə zəngin təbii sərvətləri ilə deyil, eyni zamanda, ətraf mühitin mühafizəsi və yaşıllaşdırma sahəsində də atdığı addımlarla diqqəti cəlb edən ölkədir.Bu fikirləri türk siyasətçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Arzu Erdem AZƏRTAC-a açıqlamasında deyib.
Azərbaycanın bərpaolunan enerji mənbələrinə yatırdığı sərmayələrlə regiondakı digər ölkələr üçün nümunə təşkil etdiyini vurğulayan Arzu Erdem bildirib ki, Bakı təkcə memarlıq üslubu və müasir infrastrukturu ilə deyil, həm də yaşıl enerjini təşviq edən layihələri ilə tanınır: “COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki qətiyyətini və uğurlarını beynəlxalq aləmə təqdim edir.
Xəzərin incisi Bakı dünyanın müxtəlif ölkələrindən gələn liderləri qəbul etməklə həm qonaqpərvərliyini, həm də ətraf mühit məsələlərinə həssaslığını nümayiş etdirir.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində inkişaf etdirdiyi enerji strategiyaları, qazıntı yanacağının istifadəsinin azaldılmasına yönələn fəaliyyətləri və bərpaolunan enerji sahəsində investisiyaları ölkənin gələcəyə dair davamlı baxış sərgilədiyini göstərir.
Tam oxu
Xəbəri oxu