Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı qədim tarixi və mədəni zənginliyi ilə müasirliyi və davamlılığı harmonik şəkildə özündə cəmləşdirən şəhər kimi bütün dünyada tanınır.
Bu il COP29-un məhz Bakıda keçirilməsi isə Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir.
Bu tədbir, eyni zamanda, Azərbaycanın ətraf mühitin mühafizəsi və yaşıl enerji sahələrində atdığı nəhəng addımların dünyaya təqdim olunması üçün mükəmməl platformadır.
Xüsusilə İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycanın davamlı inkişafı və ətraf mühitin qorunması sahəsində böyük irəliləyiş əldə etdiyi aydın şəkildə görünür.
Azərbaycan təkcə zəngin təbii sərvətləri ilə deyil, eyni zamanda, ətraf mühitin mühafizəsi və yaşıllaşdırma sahəsində də atdığı addımlarla diqqəti cəlb edən ölkədir.
Bu fikirləri türk siyasətçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Arzu Erdem deyib.
Azərbaycanın bərpaolunan enerji mənbələrinə yatırdığı sərmayələrlə regiondakı digər ölkələr üçün nümunə təşkil etdiyini vurğulayan Arzu Erdem bildirib ki, Bakı təkcə memarlıq üslubu və müasir infrastrukturu ilə deyil, həm də yaşıl enerjini təşviq edən layihələri ilə tanınır: “COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki qətiyyətini və uğurlarını beynəlxalq aləmə təqdim edir.