Shownews saytına istinadən Icma.az xəbər verir.
Gənc müğənni Arzu Mirzəyeva “Bezdim” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
Söz və musiqisi Şöhrət Məmmədova aid mahnıda sevib peşman olan qadının hisslərindən danışılır.
“Bezdim” klipində 2 fərqli obraz yaradan sənətçinin yeni mahnısına rejissor Xəyal Hüseyn ekran həyatı verib.
Mahnının aranjimanı Dahin Malikə aiddir. Layihənin prodüseri Balkandır.