GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev 14 dekabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.
Globalinfo.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən sosial, məşğulluq, torpaq, və digər məsələlərlə bağlı olub.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.