“Arzularım onunla bağlıdır...”

16.10.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün ad günü olan  Xalq artisti Zülfiyyə Xanbabayeva  maraqlı açıqlamalar verib.

OLAY yazır ki, 59 yaşını qeyd edən sənətçi ARAZ FM-də “Kəşfet“ verilişinə danışıb. Estrada ulduzu  ilk təbriki qızından aldığını deyib:

“Məni sevənlər, həmkarlarım təbrik edir. Ad günümü ailəmlə keçirəcəyəm. İnsanın özünə aid olan gündür. Pafosdan uzaq olub, özümə həsr etmək istəyirəm. Yubileyimi böyük keçirəcəyəm. Arzular tükənsə, biz tükənərik. Dünyaya gec gəlmişəm. Anamın 40 yaşında dünyaya gəlmişəm. Qızım Dənizi də mən 40 yaşımda dünyaya gətirdim. İndi arzularım qızımla bağlıdır. Evimdə 19 yaşında qızım var. Özümə qarşı da arzularım var. Nə qədər sənətdəyəm dinləyicilərimə qulluq etməliyəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью