“Arzuların teatrı”nda ilk arzusu

10.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” bu gün Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Mançester Yunayted”in qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” bu mövsüm turnirin təsnifat mərhələlərində 4 səfər matçına çıxıb. Valdas Dambrauskasın yetirmələri bu görüşlərdə iki qələbə qazanıb, iki dəfə uduzub.

Uelsdə TNS-ə, Finlandiyada “KuPS”a müvafiq olaraq, 0:1 və 0:2 hesabıyla qalib gələn “futuristlər” Danimarkada “Orhus”a, Rumıniyada isə “Hapoel”ə (İsrail) 1:2 hesabıyla məğlub olub.

“Sabah” tarixində ilk dəfə avrokuboklarda İngiltərə təmsilçisi ilə qarşılaşacaq.

Daha əvvəl “Qarabağ” beynəlxalq arenada 11 dəfə bu ölkənin komandaları ilə üz-üzə gəlib və yalnız bir heç-heçəyə nail olub. Yeganə xal qazancı ötən mövsüm Bakıda “Çelsi” ilə matçda qeydə alınıb.

Azərbaycan klublarının İngiltərə təmsilçilərinə qarşı səfər qələbəsi yoxdur.

“Old Trafford”da (“Arzuların teatrı”) keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyununa saat 23:00-da start veriləcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью