“Arzum milli komandada oynamaqdır” Makim Medvedevin oğlu

21.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" klubunun sabiq kapitanı Maksim Medvedevın oğlu Miroslav Medvedev gələcək hədəfləri və futbol idealları haqqında fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, hazırda EFA klubunun U-15 kollektivində müdafiəçi mövqeyində çıxış edən gənc futbolçu əsas arzusunun Azərbaycan milli komandasına dəvət almaq olduğunu bildirib. O, gələcəkdə Avropanın top-5 liqalarında oynamaq istədiyini vurğulayaraq, Azərbaycandan bu səviyyəyə çox az futbolçunun yüksəldiyini qeyd edib.

Miroslav öz mövqeyi üzrə Azərbaycanda ən yaxşı futbolçu kimi atasını - Maksim Medvedevi gördüyünü deyib. İdeal futbolçusunun isə Paolo Maldini olduğunu bildirərək, italyan əfsanəsinin kapitanlıq keyfiyyətlərini və soyuqqanlı oyununu xüsusi vurğulayıb. pizza sifarişi

Qeyd edək ki, "Sabahın Ulduzları" layihəsində mübarizə aparan EFA U-15 komandası yarımfinal mərhələsində "Neftçi"yə 2:4 hesabı ilə məğlub olub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью