Arzuma cəza tələb edildi

18.06.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Proses çıxışlarla davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью