Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? AÇIQLAMA

26.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə məsələ ilə bağlı çoxsaylı şərhlər və fərziyyələr yayılsa da, partiya rəhbərliyində sədrin istefası məsələsinin müzakirə olunmadığı bildirilib.

“Yeni Sabah” xəbər verir ki, partiyanın aparat rəhbəri Rəşad Bayramov Trend-ə açıqlamasında bildirib ki, partiya fəaliyyətini sosial şəbəkələrdəki iddialar əsasında deyil, nizamnaməsinə uyğun həyata keçirir.

“Bu məsələ partiyada müzakirə predmeti deyil. Partiya öz fəaliyyətini sosial şəbəkələrdəki iddialarla yox, öz nizamnaməsi əsasında həyata keçirir. Odur ki, partiya sədrinin istefası hər hansı bir formada müzakirə predmeti deyil”, - o qeyd edib. Dördpendirli pizza

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 23-də saat 00:10 radələrində Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan bir qrup şəxs, o cümlədən AMİP sədri Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, həmçinin cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью