Arzuxan Əlizadə danışdı KONKRET

30.10.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ombudsman vəzifəsinə namizədlərlə bağlə məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır”. 

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı bildirib.

“Bütövlükdə ölkə vətəndaşlarının müraciət etdiyi təsisatdır. Son iki-üç il ərzində Parlamentə edilən müraciətlərdən də bilinir ki, vətəndaşların bu təsisata etimadı artır.

Namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olmuşuq. Mən öz haqqımdan istifadə edərək deyə bilərəm ki, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanışam. Ombudsmana müraciət edənlərin məmnunluğu və digər məsələlərlə bağlı uğurlarla bağlı deyə bilərəm ki, Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm”, – deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью