Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu barədə yerli elektron media resurslarında məlumat paylaşılıb. Məlumatlarda qeyd olunur ki, Ukrayna paytaxtı Kiyevə ikigünlük səfərə gələn Avropa Şurasının Baş katibi Alen Berse jurnalistlərin suallarını cavablandırıb. Baş katibin sözlərinə görə, Ukrayna üçün ədalətli və davamlı sülh məsuliyyət, insan hüquqları və qanunun aliliyi prinsiplərinə əsaslanmalıdır. Səfər çərçivəsində Alen Bersenin bəhs etdiyi hədəflərə nail olunması istiqamətində Avropa Şurasının işinin irəli aparılması məqsədilə ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi planlaşdırılıb.
XQ