AŞ PA Gürcüstan nümayəndə heyətinin mandatını təsdiqləmədi DEMOKRATİK NİZAM DAĞIDILMA MƏRHƏLƏSİNDƏDİR

27.01.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayıb.

Gununsesi.infonun xəbərinə görə, sessiyada Gürcüstanın  nümayəndə heyətinin etimadnaməsinə açılış günü ciddi əsaslarla etiraz edilib və nəticədə bu ölkənin nümayəndə heyətinin  mandatının təsdiqlənməsi təxirə salınıb.

Çağırış edən Boriana Aberq (İsveç, EPP/CD) Gürcüstan parlamentinin “birpartiyalı parlament” olduğunu və Gürcüstanda demokratik nizamın dağıdılma mərhələsində olduğunu bildirib.

O, “Qaydaların” tələbinə uyğun olaraq, məsələyə baxılmasını təklif edib.

AŞ PA-nın qərarı ilə Gürcüstanla bağlı hesabat üçün Assambleyanın Monitorinq Komitəsinə, rəy üçün isə Qaydalar Komitəsinə sənəd  göndərilib.  Gürcüstan nümayəndə heyətinin mandatının taleyi 29 yanvar çərşənbə günü günortadan sonra Assambleyada müzakirə olunacaq.

Qaydalara əsasən, Assambleya üç variantdan birinə səs verməlidir: etimadnamələri ratifikasiya etmək, onları ratifikasiya etməmək və ya “nümayəndə heyəti üzvlərinin bəzi iştirak və ya təmsilçilik hüquqlarından məhrum etməklə və ya həyata keçirilməsini dayandırmaqla birlikdə ratifikasiya etmək.

Qeyd edək ki, Gürcüstanda keçirilən son parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən tanınçayıb.

Ölkədə kütləvi etirazlara baxmayaraq, hökumət seçkilərini nəticələrini təsdiqləyib.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью