AŞ PA Milli Məclisi dialoqa çağırır

25.06.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AŞ PA-nın  Strasburqda keçirilən plenar iclasında Azərbaycanla bağlı qətnamə qəbul olunub.

Gununsesi.info xəbər verir ki, “Tənqidi səslərin susdurulması” adlı qətnamənin müzakirəsi zamanı çıxış edən AŞ PA deputatları hökuməti tənqid edib.

Çıxışlar zamanı bildirilib ki, məhdudlaşdırıcı qanunvericilik tədbirləri nəticəsində müstəqil jurnalistika, həqiqi siyasi müxalifət, vətəndaş cəmiyyəti məkanı və ifadə azadlığı ciddi şəkildə sıxışdırılıb.

Qəbul olunan sənəddə deyilir ki, Azərbaycanın son illər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayıb.

Qətnamədə, həmçinin hökumətdən  İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və digər beynəlxalq insan hüquqları müqavilələri çərçivəsində götürdüyü öhdəliklərə “hörmət etmək” çağırışı əks olunub.

Qətnamənin sonunda  AŞPA Milli Məclisi bu narahatlıqları müzakirə etmək üçün Assambleya ilə dialoqu bərpa etməyə çağırıb və qeyd edib ki, Azərbaycanın bütün Avropa Şurası qurumları ilə səmərəli əməkdaşlıq etməsi və bu əməkdaşlıqdan tam faydalanması ölkənin öz maraqlarına da uyğundur.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında deyib ki,  bu qətnamə onlar üçün gözlənilən olub:”Birincisi, demokratiyadan danışan bu qurum Azərbaycan parlamentarilərinin iştirakı olmadan necə belə bir müzakirə aça bilər? Əks fikirləri dinləmək axı demokratiyanın tələbidir. Bu qətnamə Avropadakı bəlli siyasi qüvvələrin Azərbaycama qarşı növbəti təxribatıdır. Avropa Parlamentinin ardından AŞ PA bu cür qeyri-obyektiv qətnamə qəbul edib. O sənədlə mən hələ tanış deyiləm, amma bilirəm ki, yalan-böhtandan ibarətdir”.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью