ASA da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərə start veriləcək

04.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan İdman Akademiyasında (ASA) professor-müəllim heyətinin müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək.

ASA-dan AZƏRTAC-a bildirilib ki, Kembric Universitetinin ekspertləri Ceyms Bidl və doktor Reyçl Cefferson tərəfindən keçiriləcək təlimlər sentyabrın 7-dən 14-dək davam edəcək.

C.Bidl sentyabrın 7-9-da “Effektiv qiymətləndirmə”, R.Cefferson isə sentyabrın 10-14-də “Kurikulumun xəritələnməsi” mövzusunda təlimlər aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью