Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan İdman Akademiyasının (ASA) rektorunun təşkilati işlər üzrə müşaviri Vasif Əhədovun digər universitetlərin tədqiqatçıları ilə birgə müəllif olduğu “Maliyyə mərkəzlərinin gücü ağıllı şəhər inkişafını sürətləndirirmi? Qlobal panel məlumatlar əsasında sübutlar” (Does financial center strength drive smart city development? Evidence from global panel data) adlı elmi məqaləsi nüfuzlu Problems and Perspectives in Management jurnalında dərc edilib.
"Unikal" xəbər verir ki, məqalədə maliyyə mərkəzlərinin gücü ilə ağıllı şəhər inkişafı arasındakı əlaqə qlobal panel məlumatlar əsasında araşdırılıb, müvafiq empirik təhlillər aparılıb və elmi nəticələr təqdim olunub.
Bu nailiyyət Cənab Prezident İlham Əliyevin “dövlət siyasətinin daha səmərəli icrası üçün elm və təhsil vəhdət təşkil etməlidir” fikrinə uyğun olaraq, ASA-da elmi araşdırmaların inkişaf etdirilməsi və elmin praktiki fəaliyyətlə əlaqələndirilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir.
Qeyd edək ki, Problems and Perspectives in Management jurnalı Scopus, eləcə də bir sıra beynəlxalq elmi bazalarda indekslənir və Q1 kvartilində yer alır.
Məqalə linki: