Aşağı Əskipara sakini yurdunda hansı mənzərə ilə qarşılaşdı?

19.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazax rayonunun Ermənistanın işğalı altında olan dörd kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Qızılhacılı və Aşağı Əskiparanın Azərbaycana təhvil verilməsindən bir il keçir.

Baku TV-nin çəkiliş qrupu Aşağı Əskipara sakini Faiq Vəliyevlə birlikdə kəndi ziyarət edib.

Faiq Vəliyev doğma yurdunda qarşılaşdığı mənzərədən dəhşətə gəldiyini bildirib.

"Ermənilər kənddən əsər-əlamət qoymayıb, xarabalığa çeviriblər. Evlərin çoxunu tanımaq olmur. Hər yeri minalayıblar. Qəbiristanlığımızı da dağıdıblar", - deyə o söyləyib.

Ətraflı süjetdə:

Aşağı Əskipara sakini yurdunda hansı mənzərə ilə qarşılaşdı?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью