Aşağı gəlirli ölkələrdə mama ginekoloq problemi DƏRİNLƏŞİR

28.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Yeni araşdırmaya görə, dünyada təxminən bir milyon mama-ginekoloq çatışmazlığı hamilə qadınları ana və körpə ölümlərinin qarşısını almaq üçün vacib olan əsas tibbi xidmətdən məhrum edir.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Tədqiqatçılar bildiriblər ki, çatışmazlığın təxminən yarısı Afrikanın payına düşür. Qitədə hər 10 qadından 9-u kifayət qədər mama-ginekoloqun olmadığı ölkələrdə yaşayır.

Araşdırmanın müəlliflərindən biri və Beynəlxalq Mama-Ginekoloqlar Konfederasiyasının (ICM) icraçı direktoru Anna af Uqqlas deyib ki, təxminən 1 milyon mama-ginekoloqun olmaması səhiyyə sistemlərini həddindən artıq yükləyir, mütəxəssislər həddən artıq işləyir, az maaş alır və tibbi xidmət tələsik və parçalanmış şəkildə göstərilir.

Onun sözlərinə görə, bu vəziyyət tibbi müdaxilələrin artmasına səbəb olur, qadınlar isə keyfiyyətsiz xidmət və pis rəftarla daha çox üzləşirlər. O qeyd edib ki, məsələ təkcə kadr çatışmazlığı deyil, həm də qadınlar və körpələr üçün keyfiyyət və təhlükəsizlik problemidir.

Araşdırmaya əsasən, 181 ölkədə qadınların hamiləlikdən əvvəl, hamiləlik dövründə və doğuşdan sonra təhlükəsiz və keyfiyyətli tibbi xidmət alması üçün əlavə olaraq 980 min mama-ginekoloqa ehtiyac var.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью